Bank Of Baku

Xəzər İbrahim: “Azərbaycan ermənilərin Moskvada Murovdağla bağlı konfrans keçirməsinə etirazını bildirəcək”

Xəzər İbrahim: “Azərbaycan ermənilərin Moskvada Murovdağla bağlı konfrans keçirməsinə etirazını bildirəcək”
# 16 may 2007 14:16 (UTC +04:00)
Azərbaycanın Rusiyadakı səfirliyi qondarma “Dağlıq Qarabağ Respublikası”nın Moskvadakı nümayəndəliyinin Murovdağla bağlı keçirdiyi konfransın təşkili ilə bağlı araşdırma aparacaq və Rusiyanın müvafiq qurumlarına öz etirazını bildirəcək. Bu barədə APA-ya Xarici İşlər Nazirliyinin Mətbuat Mərkəzinin rəhbəri Xəzər İbrahim məlumat verib. Ermənilər tərəfindən mayın 27-də Moskvada “Murovun harayı” adlı konfrans keçirilməsinə münasibət bildirən Xəzər İbrahimin fikrincə, Ermənistan Ağrıdağla bağlı Türkiyəyə ərazi iddiası irəli sürdüyü kimi, indi də Murovdağla bağlı Azərbaycana yeni ərazi iddiası sürür: “Bu addım onu göstərir ki, Ermənistan məsələlərə çox qeyri-konstruktiv yanaşır və İrəvan özünün ərazi iddiaları siyasəti və aqressiv siyasətindən əl çəkməyib. Bu, çox təhlükəli haldır, qonşu ölkələr və beynəlxalq aləm bu təhlükəni anlamalıdır. Ermənistan əvvəl Ağrıdağ, indi isə Murovdağ barədə belə danışır, gələcəkdə digər dağ silsiləsi ilə bağlı hansısa dövlətə qarşı ərazi iddiası sürə bilər. Beynəlxalq aləm bu çağırışlara daha ciddi yanaşmalı, Ermənistanın bu kimi ekspansionist və aqressiv siyasətinə son qoymasına təkid etməlidir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR