Elmar Məmmədyarov Pakistanın prezidenti Pərviz Müşərrəfin Azərbaycan dilində nəşr olunmuş kitabını ona təqdim edib
16 may 2007 14:16 (UTC +04:00)
İslamabadda keçirilən İslam Konfransı Təşkilatının (İKT) xarici işlər nazirlərinin 34-cü konfransında iştirak edən Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bu gün altı ikitərəfli görüş keçirib. XİN Mətbuat Mərkəzinin rəhbəri Xəzər İbrahimin APA-ya verdiyi məlumata görə, E. Məmmədyarov Niger, Tunis, İran, Pakistan, Xorvatiyanın xarici işlər nazirləri, Kubanın xarici işlər nazirinin birinci müavini ilə görüşlər keçirib, ikitərəfli əlaqələrin vəziyyəti və perspektivlərini müzakirə edib. Xorvatiya və Kuba İKT-da müşahidəçi statusuna malikdir.
Elmar Məmmədyarova bu gün İslamabadda mükafat da təqdim olunub. İKT Gənclər Forumu onu İKT ölkələrində gənclərin roluna dəstək və qurumun beynəlxalq aləmdə rolunun gücləndirməsinə görə mükafatlandırıb.
Dünən Elmar Məmmədyarov Pakistanın prezidenti Pərviz Müşərrəflə də görüşüb, ikitərəfli münasibətləri müzakirə edib və P. Məşərrəfin Azərbaycan dilində nəşr olunmuş kitabını ona təqdim edib. Elmar Məmmədyarov bu gün Bakıya dönəcək./APA/

Daxili siyasət
Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib
12:39
6 may 2024
İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib - YENİLƏNİB
17:15
4 may 2024
Borclunun əmlakının tələbkarın adına rəsmiləşdirilməsi proseduru müəyyənləşdirilib
15:04
4 may 2024
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
15:30
3 may 2024