Demokratiya Uğrunda İttifaqın Əsasnaməsi quruma üzv olan partiyalara göndərilib
16 may 2007 14:49 (UTC +04:00)
“Demokratiya Uğrunda İttifaqın (DUİ) Əsasnaməsi hazırdır və müzakirə olunmaq üçün quruma üzv olan partiyalara göndərilib”. Bu sözləri APA-ya Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu deyib. Onun sözlərinə görə, əsasnamənin qəbul olunmasında DUİ-a üzv olan partiyalar arasında heç bir anlaşılmazlıq yaranmayıb. Azadlıq Partiyasının sədri Əhməd Oruc isə APA-ya əsasnamənin 7 müddəadan ibarət olduğunu və qurumun fəaliyyət istiqamətlərinə uyğun müəyyənləşdirildiyini deyib: “Demokratiya Uğrunda İttifaqın əsas məqsədi müxalifətdaxili inteqrasiyaya nail olmaq, seçki və Qarabağ məsələsində vahid mövqeyə nail olmaqdır”. /APA/
Daxili siyasət
Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib
12:39
6 may 2024
İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib - YENİLƏNİB
17:15
4 may 2024
Borclunun əmlakının tələbkarın adına rəsmiləşdirilməsi proseduru müəyyənləşdirilib
15:04
4 may 2024
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
15:30
3 may 2024