Təbrizdə Abbas Lisaninin məhkəməsi başlayıb
16 may 2007 15:20 (UTC +04:00)
Bu gün Təbrizdə İran azərbaycanlılarının hüquqları uğrunda hərəkatın liderlərindən biri Abbas Lisaninin məhkəməsi başlayıb. Bu barədə APA-ya onun həyat yoldaşı Ruqəyya Lisani məlumat verib. O bildirib ki, prosesdə A. Lisanini vəkil Məhəmmədrza Fəqihi müdafiə edir. Ruqəyya Lisani 3 gündən sonra həyat yoldaşı ilə həbsxanada görüşəcəyini deyib: “Əgər Abbas Lisaniyə məhkəmədə iş kəsilməsə, o, 7 aydan sonra azadlığa çıxacaq”.
Qeyd edək ki, A. Lisani 2006-cı ilin noyabrında tutularaq barəsində cinayət işi qaldırılıb. O, İranın dövlət quruluşuna qarşı fəaliyyətdə və milli ədavətin qızışdırılmasında ittiham edilir. /APA/
Qeyd edək ki, A. Lisani 2006-cı ilin noyabrında tutularaq barəsində cinayət işi qaldırılıb. O, İranın dövlət quruluşuna qarşı fəaliyyətdə və milli ədavətin qızışdırılmasında ittiham edilir. /APA/
Daxili siyasət
Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib
12:39
6 may 2024
İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib - YENİLƏNİB
17:15
4 may 2024
Borclunun əmlakının tələbkarın adına rəsmiləşdirilməsi proseduru müəyyənləşdirilib
15:04
4 may 2024
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
15:30
3 may 2024