Bank Of Baku

Həsən Kərimov: “İndiki mərhələdə “Azadlıq” blokunun formatının genişlənməsi nəzərdə tutulmur”

Həsən Kərimov: “İndiki mərhələdə “Azadlıq” blokunun formatının genişlənməsi nəzərdə tutulmur”
# 17 may 2007 14:35 (UTC +04:00)
“İndiki mərhələdə “Azadlıq” blokunun formatının genişlənməsi nəzərdə tutulmur. Amma prezident seçkiləri ərəfəsində digər partiyalara belə müraciətlərin olacağı istisna olunmur”. Bunu APA-ya açıqlamasında “Azadlıq” blokunun üzvü olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Həsən Kərimov bildirib. Blokun müxalifətin vahid fikir mərkəzinin yaradılmasının tərəfdarı olduğunu və həmişə fəaliyyətində bu xətti əsas götürdüyünü bildirən H. Kərimov seçkilər ərəfəsində müxtəlif qurumların formalaşacağını istisna etməyib: “Amma “Azadlıq” blokunun genişlənməsi də istisna olunmur. Yəqin ki, seçkilər ərəfəsində bununla bağlı digər partiyalar bloka müraciət edəcəklər və müzakirə olunduqdan sonra qərar qəbul oluna bilər”. O, həmçinin “Azadlıq”ın müttəfiq kimi nəzərdə tutduğu partiyaların da olduğunu və hələlik bununla bağlı açıqlama vermək istəmədiklərini qeyd edib. “Azadlıq”ın siyasi blok kimi təsis olunduğunu xatırladan H.Kərimov seçki ərəfəsində qurumun seçki bloku kimi formalaşacağını və Seçki Məcəlləsinə uyğunlaşacağını bildirib: “Seçki Məcəlləsinin dəyişməsi də nəzərdə tutulur və yəqin ki, seçkiyə kimi dəyişikliklər ediləcək”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR