Bank Of Baku

YAP-ın Oğuz rayon təşkilatının konfransı keçirilib

YAP-ın Oğuz rayon təşkilatının konfransı keçirilib
# 18 may 2007 08:53 (UTC +04:00)
Yeni Azərbaycan Partiyası (YAP) Oğuz rayon təşkilatının VI konfransı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, konfransda 246 nümayəndə iştirak edib. Rayon təşkilatının sədri Azad Əliyev ötən dövr ərzində görülmüş işlər barəsində hesabat məruzəsi ilə çıxış edib. O, hesabat dövründə təşkilatın qazandığı uğurlar, qarşıda duran vəzifələr və problemlər barədə məlumat verib. Konfransda iştirak edən YAP İdarə Heyətinin üzvü Kərim Kərimov çıxış edərək rayon təşkilatının uğurlarını yüksək qiymətləndirib, eyni zamanda mövcud problemlərdən danışıb. Məruzələrdən sonra konfrans iştirakçıları təşkilati məsələləri müzakirə ediblər. Oğuz rayon təşkilatının 31 nəfərdən ibarət Şurası, 11 nəfər tərkibdə ibarət İdarə Heyəti, 5 nəfərdən ibarət Nəzarət-Təftiş Qrupu seçilib. Sədr seçkiləri zamanı isə rayon təşkilatının rəhbəri dəyişib və Saleh Məhərrəmov yeni sədr seçilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR