Bank Of Baku

Macarıstanın xarici işlər naziri: “Ramil Səfərovun ekstradisiyası məsələsinə məhkəmə prosesi tam bitəndən sonra baxıla bilər”

Macarıstanın xarici işlər naziri: “Ramil Səfərovun ekstradisiyası məsələsinə məhkəmə prosesi tam bitəndən sonra baxıla bilər”
# 18 may 2007 15:59 (UTC +04:00)
Budapeştdə Azərbaycan səfirliyinin fəaliyyət göstərdiyi xatırladan nazir Macarıstanın da Bakıda səfirlik açmaq niyyətində olduğunu bildirib. Görüş zamanı həmkarına Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verdiyini açıqlayan E. Məmmədyarov Azərbaycanın ərazi bütövlüyü və suverenliyini birmənalı dəstəklədiyinə görə Macarıstana minnətdarlıq edib. Xanım K. Gyonts isə E. Məmmədyarovu ölkəsinə dəvət etdiyini və onu Budapeştdə görməkdən çox məmnun olacağını söyləyib. Ölkəsinin 3 ildir Avropa Birliyinin üzvü olduğunu xatırladan qonaq bu qurumun genişlənərək Azərbaycana daha da yaxınlaşdığını diqqətə çatdırıb. Azərbaycanın iqtisadi nailiyyətlərinə işarə edən K. Gyonts bu inkişafın ikitərəfli münasibətlərin inkişafına təkan verəcəyinə ümidvar olduğunu bildirib. Onun sözlərinə görə, başçılıq etdiyi nümayəndə heyətinin tərkibində Macarıstan neft şirkətinin prezidenti də var və ölkəsi bu sahədə Azərbaycanla əməkdaşlığa can atır.
Jurnalistlərin suallarını cavablandıran E. Məmmədyarov Budapeştdə həbsdə olan Azərbaycan Silahlı Qüvvələrinin zabiti Ramil Səfərovla bağlı müzakirə apardıqlarını da açıqlayıb. O, bu məsələ ilə bağlı Azərbaycanın mövqeyini qonağa çatdırdığını və ondan Ramil Səfərovun işinə ədalətli yanaşılmasını xahiş etdiyini bildirib. K. Gyonts isə ekstradisiya barədə yalnız məhkəmə prosesi tam bitəndən sonra danışıla biləcəyini söyləyib. Onun sözlərinə görə, Azərbaycanın ədliyyə nazirinin Macarıstana səfəri gözlənilir və həmin səfər zamanı bu məsələ müzakirə olunacaq. Ölkəsinin qaz təminatı məsələsində çətinlik çəkdiyini vurğulayan nazir Azərbaycan qazının Avropaya nəqlinin bu problemin həllində böyük rol oynayacağını deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR