Bank Of Baku

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva İhsan Doğramacı Ailə Sağlamlığı Fondunun mükafatına layiq görülüb

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva İhsan Doğramacı Ailə Sağlamlığı Fondunun mükafatına layiq görülüb
# 18 may 2007 11:20 (UTC +04:00)
APA-nın “AzərTAC” Dövlət İnformasiya Agentliyinə istinadən yaydığı məlumata görə, toplantıda Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyeva səhiyyə sahəsində xidmətlərinə görə İhsan Doğramacı Ailə Sağlamlığı Fondunun mükafatına layiq görülüb. Mükafatın təqdimetmə mərasimindən sonra toplantıda çıxış edən Mehriban Əliyeva Ümumdünya Səhiyyə Təşkilatının bu mükafatını almaqdan böyük şərəf duyduğunu vurğulayıb: “Məni bu cür yüksək mükafata layiq gördüklərinə görə Ümumdünya Səhiyyə Təşkilatının İcraiyyə Şurasına və professor İhsan Doğramacı Ailə Sağlamlığı Fondunun seçim heyətinə minnətdarlığımı bildirmək istəyirəm. Əminəm ki, bu mükafat ölkəmdə ana, uşaq və ailə sağlamlığının yaxşılaşdırılması məqsədi ilə göstərdiyim səyləri daha da gücləndirəcək. Bu mükafat mənim üçün çox önəmlidir, çünki o, böyük hörmət və ehtiram bəslədiyim şəxsin, professor İhsan Doğramacının adını daşıyır”. Mehriban Əliyeva professor İhsan Doğramacının bütün həyatını uşaqların sağlamlığı və ali təhsili kimi yüksək amallara həsr etdiyini deyib: “Ümumdünya Səhiyyə Təşkilatının yaradıcılarından biri, onun nizamnaməsinə imza atmış, bu təşkilatın canlı tarixi sayılan belə böyük şəxsiyyət tərəfindən təltif edilmək mənim üçün böyük şərəfdir. Əfsuslar olsun ki, professor Doğramacı bu tədbirdə iştirak edə bilmədi. Mən öz adımızdan ona qarşıdan gələn bir çox illər ərzində möhkəm cansağlığı və səadət arzulayıram”. Heydər Əliyev Fondunun prezidenti Azərbaycanda səhiyyə sisteminin müasirləşdirilməsi haqqında Dövlət proqramı uğurla həyata keçirildiyini bildirib: “Təkcə son iki il ərzində ölkəmizdə onlarca müalicə-diaqnostika mərkəzləri tikilib, onların hamısı ən müasir avadanlıqla təchiz olunur. Biz gənc həkimlərimizin təhsilinə xüsusi diqqət yetiririk. Məqsədimiz ölkədə ən yüksək Ümumdünya standartlarına cavab verən səhiyyə sisteminin qurulmasıdır”. Mehriban Əliyeva Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycanla səmərəli əməkdaşlıq etdiyini deyib: “Bu təşkilat Azərbaycanda tibbi təhsil, təhlükəsiz immunlaşdırma, ana və uşaqların sağlamlığının qorunması kimi sahələrdə bir sıra layihələr həyata keçirir. İnanıram ki, əməkdaşlığımız gələcəkdə daha səmərəli olacaqdır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR