Bank Of Baku

Dalğa Gənclər Hərəkatının bir qrup üzvü aksiya keçirib

Dalğa Gənclər Hərəkatının bir qrup üzvü aksiya keçirib
# 18 may 2007 16:11 (UTC +04:00)
Dalğa Gənclər Hərəkatının bir qrup üzvü “Azad qadın” heykəlinin qarşısında “Qadın zorakılığına son!” adlı Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış aksiya keçirib. APA-nın məlumatına görə, “Azadlıq qadını əxlaqlı edər!”, “Azad qadın, azad ölkə!”, “Mentalitet qadınları boğmasın!”, “Qadınlar hüquqlarını bilsin!”, “Qadın alverçilərinə sərt cəza verilsin!” şüarları səsləndirilib. Dalğa Gənclər Hərəkatının sədri Ülvi Həsənli aksiyanın qətnaməsini oxuyub. Qətnamədə qadınların hüquqları ilə bağlı Azərbaycandakı vəziyyət qeyri-qənaətbəxş hesab edilib və dövlətdən bu məsələ ilə bağlı ciddi tədbirlər görülməsi tələb olunub. Qeyd edək ki, yarım saata yaxın davam aksiya zamanı ərazidə post-patrul xidməti aparan polis əməkdaşları piket keçirilən yerə gəlməyib və aksiyada heç bir insident baş verməyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR