Bank Of Baku

Atatürkün doğum günü ilə bağlı “Yurdda sülh, cahanda sülh” mövzusunda dəyirmi masa keçirilib

Atatürkün doğum günü ilə bağlı “Yurdda sülh, cahanda sülh” mövzusunda dəyirmi masa keçirilib
# 18 may 2007 16:45 (UTC +04:00)
Türkiyə Universitetləri Məzunları İctimai Birliyi 19 may Mustafa Kamal Atatürkün doğum günü ilə bağlı bu gün Azərbaycandakı Atatürk Mərkəzində “Yurdda sülh, cahanda sülh” mövzusunda dəyirmi masa keçirib. APA-nın məlumatına görə, tədbrdə məzunlarla bərabər millət vəkilləri və Türkiyə səfirliyinin təmsilçiləri də iştirak edib. Birliyin sədri Çingz Bayramov Atatürkün Azərbaycanda təbliğinin və onun ideyalarının yayılmasının vacib olduğunu deyib. Millət vəkili, Atatürk Mərkəzinin rəhbəri Nizami Cəfərov mövzu ətrafında məruzə ilə çıxış edib. Onun sözlərinə görə, Atatürk Türkiyədə hakimiyyətə gəldikdən sonra əsas fəaliyyəti və ideyaları ölkə daxilində sülhün yaradılması ilə bağlı olub. Məruzəçi bu gün Türkiyədə Atatürkçülük ideyası ilə bağlı aparılan müzakirələrin də müsbət olduğu qeyd edib. Millət vəkili Qənirə Paşayeva isə Atatürkün milli dövlətçilik ideyasını ortaya qoyduğunu qeyd edib. Onun sözlərinə görə Osmanlı imperiyasının sonlarına yaxın Türkiyədə türklərə qarşı münasibət o qədər də yaxşı olmadığı üçün Atatürk bunu həyata keçirib. Millət vəkilinin fikrincə, bu missiyanı başladığı üçün türklər Atatürkə minnətdar olmalıdırlar. Dəyirmi masanın digər iştirakçıları da mövzu ilə bağlı öz fikirlərini bildiriblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR