Bank Of Baku

Seçici siyahılarının dəqiqləşdirilməsi prosesi başa çatıb

Seçici siyahılarının dəqiqləşdirilməsi prosesi başa çatıb
# 18 may 2007 14:02 (UTC +04:00)
Ölkə üzrə seçicilərin sayı 4 milyon 683 min 399 nəfərdir. APA-nın məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Natiq Məmmədov bu gün seçici siyahılarının dəqiqləşdirilməsi prosesinin başa çatması ilə bağlı keçirdiyi mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq bu ilin yanvarın 5-dən seçici siyahılarının dəqiqləşdirilməsi prosesi başlayıb. Prosesin başa çatdığını deyən N. Məmmədov bildirib ki, seçici siyahılarının gələn həftə MSK-nın iclasında təsdiq olunmasından sonra qurumun rəsmi saytına yerləşdiriləcək. Onun sözlərinə görə, siyahılarda seçicinin adı, soyadı, atasının adı, təvəllüdü, dairə və məntəqənin nömrəsi və yaşadığı ünvan göstərilib. MSK katibi ötən ilin müvafiq dövrü ilə müqayisədə seçicilərin sayının təxminən 82 min nəfər artdığını deyib. O, ötən il mayın sonunda ölkə üzrə 4 milyon 600 min 812 seçicinin olduğunu qeyd edib.
MSK-nın nəzdində “Seçkilər” İnformasiya Mərkəzinin rəhbəri İqbal Babayev isə jurnalistləri seçici siyahılarının saxlanma şəraiti və çap prosesi ilə tanış edib. Onun sözlərinə görə, siyahılar xüsusi otaqlarda saxlanılır, hər il dəqiqləşmiş siyahılar 5 il arxiv kimi saxlanılır və daha sonra məhv edilir. İ. Babayev siyahıları da mərkəzin özündə nəşr etmək üçün çap avadanlıqlarının alındığını deyib və onu jurnalistlərə nümayiş etdirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR