Bank Of Baku

Qərib Məmmədov: ““David Qareci” kompleksinin Gürcüstana verilməsi ilə bağlı razılıq əldə olunması barədə məlumatlar əsassızdır”

Qərib Məmmədov: ““David Qareci” kompleksinin Gürcüstana verilməsi ilə bağlı razılıq əldə olunması barədə məlumatlar əsassızdır”
# 18 may 2007 15:54 (UTC +04:00)
APA-nın məlumatına görə, bu sözləri Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov deyib. Q. Məmmədov bu kimi məsələlərin hökumətlərarası komissiyalar tərəfindən həll edildiyini vurğulayıb: “Müvafiq sənədlər, xəritələr, sərhədlərin müəyyən edilməsi komissiyanın səlahiyyətindədir. Bizə isə bu barədə hər hansı göstəriş verilməyib. Ərazilərin delimitasiyası və demarkasiyası komissiyası hər hansı kilsə, yaxud tarixi abidəyə görə sərhəd müəyyən etmir. Sadəcə, müstəqillik əldə edən dövlətlərin hamısı istəyir ki, öz ərazisi açıq və şəffaf olsun. Bu məqsədlə biz müvafiq sənədlə əsasında razılaşdırma aparırıq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR