Bank Of Baku

Qulamhüseyn Əlibəyli: “Venesiya Komissiyasının “Azadlıq” blokunun təkliflərini müzakirə ediləcəyini düşünürük”

Qulamhüseyn Əlibəyli: “Venesiya Komissiyasının “Azadlıq” blokunun təkliflərini müzakirə ediləcəyini düşünürük”
# 19 may 2007 08:58 (UTC +04:00)
“Venesiya Komissiyasının mayın 30-da keçiriləcək iclasında “Azadlıq” blokunun Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı təkliflərinin də müzakirə ediləcəyini düşünürük”. Bunu APA-ya açıqlamasında “Azadlıq” blokunun hüquq komissiyasının sədri Qulamhüseyn Əlibəyli bildirib. Onun sözlərinə görə, blok beynəlxalq təşkilatların da təkliflərini nəzərə alaraq seçki komissiyalarının paritet əsaslarla təşkil edilməsini tələb edir və bunu hazırladığı layihəyə daxil edib. Q. Əlibəyli layihənin hazırlandıqdan dərhal sonra VK-ya göndərildiyini və artıq onun komissiyaya daxil olduğunu bildirib: “Biz təkliflərimizi həmçinin ATƏT və Avropa Şurasına da göndərmişik. Bu qurumların da layihəyə diqqətlə yanaşacağını gözləyirik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR