Bank Of Baku

ADP qurultayını partiyanın qərargahında keçirəcək

ADP qurultayını partiyanın qərargahında keçirəcək
# 19 may 2007 09:39 (UTC +04:00)
Azərbaycan Demokrat Partiyası (ADP) mayın 27-nə təyin etdiyi növbəti qurultayını partiyanın qərargahında keçirəcək. Bu barədə APA-ya açıqlamasında məlumat verən partiyanın Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Sərdar Cəlaloğlunun sözlərinə görə, Bakı şəhər İcra Hakimiyyəti qurultay üçün müvafiq yer ayırmadığı üçün bu qərarı verməli olublar: “ADP-nin öz mövqeyində kifayət qədər konstruktiv istiqamətdə dəyişiklik etməsinə baxmayaraq, hakimiyyət bununla konstruktiv mövqe tutmaq niyyətində olmadığını bir daha nümayiş etdirdi. Ölkədə münasibətləri yeni səviyyədə qurmaq üçün ADP hər cür əməkdaşlığa, hər cür dəstəyə cəhd edib. Lakin hakimiyyət ənənəvi ayrı-seçkilik siyasətini davam etdirir”.
Bakı şəhər İcra Hakimiyyətinin ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Zaur Ramazanov isə APA-ya açıqlamasında partiyaya verilmiş cavabın obyektiv səbəbləri olduğunu bildirib: “Onların müraciətində göstərilən yerlərin demək olar ki, hamısı Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyində olduğundan məsləhət gördük ki, əvvəlcə müvafiq nazirliklə razılıq əldə etsinlər. Yalnız Şəhriyar Sarayı Bakı şəhər İcra Hakimiyyətinin tabeçiliyindədir ki, hazırda da həmin binada təmir işləri gedir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR