Bank Of Baku

Müxalifət partiyalarının yeni alyansının yaradılması ilə bağlı danışıqlara start verilib

Müxalifət partiyalarının yeni alyansının yaradılması ilə bağlı danışıqlara start verilib
# 19 may 2007 10:12 (UTC +04:00)
Bu barədə APA-ya məlumat verən Azərbaycan Demokrat Partiyasının (ADP) Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Sərdar Cəlaloğlunun sözlərinə görə, bu məqsədlə bir neçə gün əvvəl liderlər arasında Azərbaycan Naminə İctimai Forumun (ANİF) ofisində ilkin görüş keçirilib. Görüşdə Müsavat başqanı İsa Qəmbər, ANİF prezidenti Eldar Namazov, Rəsul Quliyevin təmsilçisi kimi Açıq Cəmiyyət Partiyasının sədri Akif Şahbazov, AMİP lideri Etibar Məmmədovun nümayəndəsi, Tərəqqi Partiyasının sədri Çingiz Dəmiroğlu iştirak ediblər. Görüşdə Sərdar Cəlaloğlu AXCP sədri Əli Kərimli və Milli Birlik Hərəkatının lideri Lalə Şövkətin də bu ittifaqa daxil edilməsi ilə bağlı təkliflə çıxış edib: “Görüşdə ümumiyyətlə müxalifət qüvvələrinin koordinasiya mərkəzinin yaradılması, məsləhət-məşvərət şurası kimi qurumun yaradılması ilə bağlı müzakirə aparılıb. Belə bir qurumun təsis olunması üçün digər müxalifət liderlərinin də prosesə cəlb olunub, müxalifətin daha geniş bir alyansının yaradılması barədə razılıq əldə edilib. Proses davam edir. Mən bu məqsədlə “Azadlıq” blokuna da təkliflərlə müraciət etmişəm. Gələn həftə blok bunu müzakirə edəcək. Təklif müsbət qarşılansa, Azərbaycanın müxalifət qüvvələrinin ümumi əlaqələndirici mərkəzi yaranacaq. Qurumda seçki və digər ümumi məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, ümumi qərarlar qəbul olunacaq”. S. Cəlaloğlu görüşlərin hələlik qeyri-rəsmi xarakter daşıdığını deyib: “Hazırda müxalifət partiyaları arasında kifayət qədər fikir və mövqe ayrılıqları var. Biz iqtidarla bəzi məsələlərdə danışıqlara hazır olduğumuzu bildiririksə, mövqe fərqlərinin olmasına baxmayaraq, nəyə görə eyni cəbhədə mübarizə apardığımız digər müxalifət partiyaları ilə bir yerdə olmayaq? Bunu əməli işimizdə sübut edib qarşılıqlı addımlar atmalıyıq”. S. Cəlaloğlu müxalifət partiyalarının seçki ilə bağlı məsələlərdə fikir mübadiləsi aparmaq üçün yeni formanın tapılmasını vacib sayır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR