Bank Of Baku

Pənah Hüseyn: “Müxalifət düşərgəsində yeniləşməyə ehtiyac var”

Pənah Hüseyn: “Müxalifət düşərgəsində yeniləşməyə ehtiyac var”
# 19 may 2007 10:49 (UTC +04:00)
“Müxalifət düşərgəsində yeniləşməyə, yeni insanların gəlməsinə ehtiyac var. Mən bu təklifi irəli sürərkən kimlərinsə siyahısını açıqlayıb deməmişəm ki, bunlar siyasətdən getməlidirlər. Güman etmirəm ki, müxalifətin əsas siyasətini müəyyən edən şəxslər bu dərəcədə primitiv düşünsünlər”. Bunu APA-ya açıqlamasında millət vəkili Pənah Hüseyn deyib. Müsavatın ötən mitinqlərinin birində səsləndirdiyi fikrin üstündə qaldığını deyən P.Hüseyn digər partiyalardan ona qarşı olan tənqidləri də təbii hesab edir: “Onlar yaxşı və ya pis mənada fikirlərini bildirirlər və mənim də bu təklifi səsləndirməkdə məqsədim bu məsələ ətrafında ictimai diskussiya yaratmaq olub. Ona görə də bu fikirlərə pis baxmıram. Əsas məsələ kimlərin getməsi yox, kimlərin gəlməsidir. Gənclər hesabına yeniləşməni yaratmaq vacib olan vəzifələrdən biridir. Mənim qənaətimcə, bu, bir prosesdir və o qədər də çevik olmayan bir sıra müxalifət nümayəndələrinin sırasına bir qədər fərqli taktika yürüdən gənclərin gəlməsinə ehtiyac var. Bu reallıq ortadadır. Məncə, bunun ümumilikdə əleyhdarları da yoxdur. Mənə qarşı ola bilsin ki, fikirlər ifadə olunsun, amma prinsip etibarilə müxalifət elitasının yeniləşməsi xəttinin əleyhinə hər hansı fikir eşitmirəm”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR