Bank Of Baku

NATO PA-nın növbəti sessiyasında Cənubi Qafqazda din və vicdan azadlığı mövzusunda müzakirələr aparılacaq

NATO PA-nın növbəti sessiyasında Cənubi Qafqazda din və vicdan azadlığı mövzusunda müzakirələr aparılacaq
# 19 may 2007 11:24 (UTC +04:00)
Bu ilin mayın 25-28-də Portuqaliyada NATO Parlament Assambleyasının (PA) növbəti sessiyası keçiriləcək. Bu barədə APA-ya Azərbaycan Milli Məclisinin NATO PA-dakı nümayəndə heyətinin üzvü Qüdrət Həsənquliyev bildirib. Azərbaycan nümayəndə heyətinə Ziyafət Əsgərov, Qüdrət Həsənquliyev, Siyavuş Novruzov və Tahir Süleymanov daxildir. Q. Həsənquliyev onu da əlavə edib ki, yaz sessiyası çərçivəsində Cənubi Qafqazda din və vicdan azadlığı mövzusunda müzakirələr aparılacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR