Bank Of Baku

Yeni Zaman Partiyasının təsis qurultayı iyunun ikinci yarısında keçiriləcək

Yeni Zaman Partiyasının təsis qurultayı iyunun ikinci yarısında keçiriləcək
# 21 may 2007 08:41 (UTC +04:00)
“Yeni Zaman Partiyasının təsis qurultayı iyunun ikinci yarısında keçiriləcək. Qurultayın keçiriləcəyi yerlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə iyunun 15-də müraciət ediləcək”. Bu sözləri APA-ya Yeni Zaman Partiyası (YZP) Təşkilat Komitəsinin sədri Musa Quliyev deyib. Onun sözlərinə görə, artıq 25 rayonda partiyanın təsis konfransları keçirilib. Qurultaya qədər təşkilati işlərin davam etdiriləcəyini deyən M. Quliyev partiyanın rəhbər strukturunun necə formalaşdırılacağı haqda da məlumat verib: “Təşkilatın rəhbər strukturu partiya sədri, onun müavinləri, İdarə Heyəti və Mərkəzi Şuradan ibarət olacaq”. M. Quliyev partiyanın sədri vəzifəsinə keçiriləcək seçkinin tam demokratik şəraitdə olacağına əminliyini də vurğulayıb. Təşkilat Komitəsinin sədri partiyanın təsis qurultayına ölkədə fəaliyyət göstərən əksər siyasi təşkilatların dəvət ediləcəyini də diqqətə çatdırıb: “Bütün partiyaları dəvət edəcəyik. Amma hələlik heç bir partiya ilə ikitərəfli danışıqlarımız olmayıb”. O, partiyanın mərkəzçi siyasi xətt yürüdəcəyini də söyləyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR