Bank Of Baku

ATƏT Azərbaycanın bəzi regionlarında nümayəndəlik açacaq

ATƏT Azərbaycanın bəzi regionlarında nümayəndəlik açacaq
# 21 may 2007 09:01 (UTC +04:00)
ATƏT-in Bakı ofisi Azərbaycanın bəzi regionlarında filiallarını açacaq. Bu barədə APA-ya ofisin İqtisadiyyat və ətraf mühit departamentinin nümayəndəsi Tornborn Byorvat məlumat verib. O bildirib ki, Gəncə şəhərində, həmçinin Lənkəran və ya Qubada ofislərin açılması nəzərdə tutulub. Bütün texniki detallar həll olunduqdan sonra gələn ay ATƏT nümayəndələrinin həmin regionların rəhbərliyi ilə görüşü keçiriləcək. T. Byorvatın sözlərinə görə, yerlərdə ofislər açmaq ideyası onun Azərbaycan XİN-in nümayəndələri ilə görüşündən sonra ortaya çıxıb. Belə ki, XİN təmsilçiləri ATƏT-in Azərbaycanda fəaliyyətini daha da gücləndirməsini istədiklərini deyiblər. İlk mərhələdə yerli ofislərdə yalnız iqtisadiyyat və ətraf mühit üzrə departamentlər fəaliyyət göstərəcək. Sonrakı mərhələdə isə ofislər digər sahələrlə də məşğul olacaqlar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR