Bank Of Baku

VİP yaranmasının bir illiyi münasibətilə tədbirlər keçirəcək

VİP yaranmasının bir illiyi münasibətilə tədbirlər keçirəcək
# 21 may 2007 09:22 (UTC +04:00)
Vətəndaş və İnkişaf Partiyasının (VİP) rəhbərliyi partiyanın təsis olunmasının bir illiyi ilə bağlı tədbirlər həyata keçirəcək. Bu barədə APA-ya partiyanın sədri Əli Əliyev məlumat verib. Onun sözlərinə görə, tədbirlər əsasən partiya daxilində və VİP-in daxil olduğu “Azadlıq” blokunun rəhbərlərinin iştirakı ilə keçiriləcək. Ə. Əliyev bildirib ki, partiya dövlət qeydiyyatına alınmadığı üçün Ədliyyə Nazirliyinə qarşı məhkəmə iddiası hazırlanır. İddia ərizəsi gələn ayın ilk günlərində məhkəməyə təqdim olunacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR