Bank Of Baku

Əbülfəz Elçibəyin qəbirüstü abidəsinin açılışının mayın 28-də keçirilməsi mümkün olmayacaq

Əbülfəz Elçibəyin qəbirüstü abidəsinin açılışının mayın 28-də keçirilməsi mümkün olmayacaq
# 21 may 2007 09:50 (UTC +04:00)
Bu barədə APA-ya Ə. Elçibəyin qardaşı Almurad Əliyev bildirib. Abidənin ümumi görünüşündən razı olduğunu söyləyən A. Əliyev açılışın gecikməsinə də aydınlıq gətirib: “Elçibəyin məzarı üzərindəki heykəlin ətrafına emalatxanada xüsusi hazırlanmış daş lövhələr düzüləcək. Həmin lövhələrin üzərində isə müəyyən sözlər yazılacaq. Üzərində yazılar olan daşlar hazır olmadığından abidənin açılışı nəzərdə tutulduğu vaxt baş tutmayacaq. Bu, işin demək olar ki, sonuncu mərhələdir. Ümumilikdə isə qəbirüstü abidə hazırdır”. A. Əliyev məzarüstü abidənin açılışının avqusta təyin edilməsi istəyində olduğunu da deyib: “İstərdim ki, abidənin açılışı Elçibəyin vəfat etdiyi gündə - avqustun 22-də keçirilsin. Bu gün onsuz da Elçibəysevərlər qəbir üstünə gəlirlər”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR