Bank Of Baku

Vətəndaş Həmrəyli Partiyasının üzvləri sədrlərinin doğum günündə “Rüstəmxanlı zirvəsini” fəth ediblər

Vətəndaş Həmrəyli Partiyasının üzvləri sədrlərinin doğum günündə “Rüstəmxanlı zirvəsini” fəth ediblər
# 21 may 2007 12:45 (UTC +04:00)
Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili, xalq şairi Sabir Rüstəmxanlının doğum günü ilə bağlı onun partiyasını təmsil edən bir qrup gənc Qaradağ rayon, Qızıldaş qəsəbəsi yaxınlığındakı adsız dağın zirvəsinə qalxıblar. VHP-dən APA-ya daxil olan məlumata görə, burada təxmini yüksəklik 1500-2000 metr olub. VHP-çi gənclərin bu təşəbbüsünün təşkilatçısı Samir Əsədli bildirib ki, adsız zirvənin bundan sonra “Rüstəmxanlı zirvəsi” adlandırılması üçün Nazirlər Kabinetinə və rayon rəhbərliyinə müraciət ediləcək.
VHP-çilər bundan sonra hər il Sabir Rüstəmxanlının doğum günündə həmin zirvəyə yürüş etməyi ənənəyə çevirmək qərarına gəliblər.
Qeyd edək ki, S. Rüstəmxanlı 1946-cı il mayın 20-də Yardımlı rayonun Hamarkənd kəndində doğulub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR