Bank Of Baku

Elmar Məmmədyarov: “Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində əsas və həlledici rol oynamalıdır”

Elmar Məmmədyarov: “Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində əsas və həlledici rol oynamalıdır”
# 21 may 2007 15:14 (UTC +04:00)
APA-nın məlumatına görə, görüşdən sonra keçirilən mətbuat konfransında E. Məmmədyarov danışıqları ciddi və səmərəli adlandırıb. O, görüşdə Avropada raket hücumundan müdafiə, Kosovo, Dağlıq Qarabağ, Xəzərin statusu və digər məsələlərin müzakirə olunduğunu söyləyib. İki ölkə arasında münasibətlərin genişləndiyini və gücləndiyini, mal mübadiləsinin getdikcə artdığını deyən E. Məmmədyarov əksər siyasi məsələlərdə də ölkələrimizin mövqelərinin üst-üstə düşdüyünü bildirib.
Öz növbəsində, S. Lavrov Rusiya üçün Azərbaycanla münasibətlərin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb: “Biz münasibətlərimizin daha da dərinləşməsi, hökumətlərarası komissiyanın 11-ci iclasının keçirilməsi, iqtisadi, humanitar, hərbi və digər sahələrdə əməkdaşlıq, Rusiya ali məktəblərinin Azərbaycanda filiallarının sayının artırılması, Rusiya ərazisində Azərbaycan dilinin tədrisi və s. məsələləri müzakirə etdik”. S. Lavrov, həmçinin, Rusiyanın da, Azərbaycanın da Qafqazda sülh və əminamanlığın tərəfdarı olduğunu qeyd edib: “Bu mənada regiondakı münaqişələrin hələ də həllini tapmaması bizi narahat etməyə bilməz”. Rusiya XİN başçısı deyib ki, Azərbaycan və Ermənistan, habelə ATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində səylərini davam etdirir: “Əminəm ki, tərəflərin siyasi iradəsi nəticəsində hamını razı salacaq həll variantını tapmaq mümkün olacaq. Rusiya həm Minsk Qrupunun həmsədri, həm də Azərbaycanla Ermənistanın dostu kimi buna nail olunması üçün əlindən gələni edəcək”.
Rusiya ilə Azərbaycan arasında münasibətlərin özülü Heydər Əliyev tərəfindən qoyulmuş möhkəm dayaqlar üzərində qoyulduğunu qeyd edən S. Lavrov bu münasibətlərin Vladimir Putinlə İlham Əliyevin dostluğu çərçivəsində getdikcə dərinləşdiyini vurğulayıb.
E. Məmmədyarov isə Minsk Qrupunun rusiyalı həmsədrinin aktiv fəaliyyət göstərdiyini qeyd edib: “Biz rusiyalı həmsədrin fəaliyyətindən razıyıq. Hesab edirik ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində əsas və həlledici rol oynamalıdır. Biz həmişə Rusiyanı
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR