Bank Of Baku

Azərbaycanın xarici işlər naziri Türkmənistana rəsmi səfərə gedib

Azərbaycanın xarici işlər naziri Türkmənistana rəsmi səfərə gedib
# 23 may 2007 08:33 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu gün Türkmənistana bir günlük rəsmi səfərə yola düşüb. Xarici İşlər Nazirliyi Mətbuat və İnformasiya Siyasəti İdarəsinin rəis müavini Mətin Mirzənin APA-ya verdiyi məlumata görə, E. Məmmədyarov Türkmənistanın prezidenti Qurbanqulu Berdımuxammedov və bu ölkənin xarici işlər naziri Rəşid Meretovla görüşlər keçirəcək. Danışıqlarda ikitərəfli əlaqələrin vəziyyəti, regional və Xəzərdə əməkdaşlıq məsələləri müzakirə ediləcək. E. Məmmədyarov bu axşam Bakıya qayıdacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR