Bank Of Baku

Ramiz Mehdiyev: “Biz Azərbaycana münasibətin hər zaman obyektiv olmasını istəyirik”

Ramiz Mehdiyev: “Biz Azərbaycana münasibətin hər zaman obyektiv olmasını istəyirik”
# 23 may 2007 10:48 (UTC +04:00)
“Azərbaycan nümayəndə heyətinin ABŞ-a səfəri ilə bağlı danışıqlar aparılır. ABŞ -Azərbaycan münasibətləri çox normaldır, bu münasibətlər yüksələn xətt üzrə inkişaf edir. Bununla belə, biz istəyirik ki, Azərbaycana münasibət hər zaman obyektiv olsun”. APA-nın məlumatına görə, bunu Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev deyib. Son vaxtlar Rusiyada Azərbaycanla bağlı baş verən hadisələrə münasibət bildirən R. Mehdiyev bunu ayrı-ayrı təşkilatların təxribatı kimi qəbul etdiyini deyib. O, hər iki ölkə arasında dövlətlərarası münasibətlərin yüksək səviyyədə olduğunu da vurğulayıb. Azərbaycanla bağlı müxtəlif məsələlərə rəsmi Bakının münasibəti ilə bağlı suala cavabında Prezidentin İcra Aparatının rəhbəri XİN-in bu məsələlərə vaxtaşırı münasibət bildirdiyini, ehtiyac yarandıqda nota da göndərdiyini deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR