Bank Of Baku

Ramiz Mehdiyev: “İnanıram ki, araşdırma aparılsa, əhalinin 98%-nin İlham Əliyevin prezidentliyinə səs vermək niyyətində olduğunu görərik”

Ramiz Mehdiyev: “İnanıram ki, araşdırma aparılsa, əhalinin 98%-nin İlham Əliyevin prezidentliyinə səs vermək niyyətində olduğunu görərik”
# 23 may 2007 11:59 (UTC +04:00)
“Azərbaycan mətbuatı ilə bağlı son vaxtlar baş verən hadisələrin hakimiyyətin prezident seçkilərinə hazırlaşması ilə əlaqələndirilməsi kökündən yanlışdır. Reallığa baxsaq, qəzetlərlə bağlı məsələ ilə prezident seçkiləri arasında heç bir əlaqə olmadığını görmək olar”. APA-nın məlumatına görə, bu sözləri Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev deyib. Azərbaycan prezidentinin nüfuzunun çox yüksək olduğunu söyləyən R. Mehdiyev “İnanıram ki, araşdırma aparılsa, əhalinin 98%-nin İlham Əliyevin prezidentliyinə səs vermək niyyətində olduğunu görərik” söyləyib: “Odur ki, mətbuatla bağlı hadisələri seçkilərə bağlamaq əsassızdır. Biz ölkədə normal, mədəni, demokratik müxalifət yetişməsini gözləyirik. Mətbuatımızın da sivil dövlətlərin mətbuatı səviyyəsində olmasını, söyüş, təhqir mənbəyinə çevrilməməsini istəyirik. Qəzetlərdə dövlət adamları, adi insanlar haqqında nə qədər yalan, böhtan, uydurmalar yazılır... Bunlardan qurtulmalıyıq. Bu, Azərbaycan mentalitetinə, mənəviyyatına xas olmayan xüsusiyyətdir”. Jurnalistlərin əfvi məsələsinə toxunan R. Mehdiyev bu kimi məsələlərə prezident tərəfindən baxıldığını və həll olunduğunu deyib. Prezidentin ildə bir neçə dəfə əfv fərmanları imzaladığını diqqətə çatdıran İcra Aparatının rəhbəri müəyyən müddətdən sonra jurnalistlərlə bağlı məsələnin də həllini tapa biləcəyinə ümid etdiyini söyləyib. R. Mehdiyev Azərbaycanın həbsdə olan jurnalistlərinin sayına görə regionda lider olması məsələsinə də münasibət bildirib: “Hamı qanuna tabe olmalıdır. Jurnalistlər üçün elə bir istisna hal nəzərdə tutulmayıb ki, nə istəyir, etsin, kimin haqqında istəyir, təhqir yazsın və ya digər xoşagəlməyən işlərlə məşğul olsun, Azərbaycanın maraqlarını satsın... Qonşu ölkələrin müxalifəti öz dövləti haqqında heç vaxt böhtan yaymır. Halbuki Ermənistandakı vəziyyət Azərbaycandakından qat-qat pisdir. Hamımız çalışmalıyıq ki, Azərbaycanda demokratik vətənpərvər, mədəni müxalifət olsun. Hər kəs öz şəxsi məsələlərini daxildə həll edib, əməllərini qanunla uzlaşdırmalıdır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR