Bank Of Baku

Ramiz Mehdiyev: “Əli İnsanov və Fərhad Əliyevin məhkəməsi korrupsiya ilə mübarizə sahəsində hakimiyyətin mövqeyinin göstəricisidir”

Ramiz Mehdiyev: “Əli İnsanov və Fərhad Əliyevin məhkəməsi korrupsiya ilə mübarizə sahəsində hakimiyyətin mövqeyinin göstəricisidir”
# 23 may 2007 12:27 (UTC +04:00)
“Azərbaycanda korrupsiya ilə mübarizə sahəsində atılan addımlar qənaətbəxşdir. Bu istiqamətdə işlər davam etdirilir”. APA-nın məlumatına görə, bu sözləri Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev deyib. Sabiq nazirlər Əli İnsanov və Fərhad Əliyevin məhkəməsinin korrupsiya ilə mübarizə sahəsində Azərbaycan hakimiyyətinin mövqeyinin göstəricisi olduğunu deyib: “Korrupsiya ilə mübarizə sahəsində Azərbaycan hökumətinin mövqeyi aydındır”. Ə. İnsanovun özünü siyasi məhbus hesab etməsi ilə bağlı məsələyə münasibət bildirən R. Mehdiyev tutduğu qanunsuz əmələ görə məhkəmə qarşısına çıxan hər kəsin özünü siyasi məhbus saymasının düzgün olmadığını qeyd edib: “Onlar qanunu pozduqlarını düşünmürlər. Təəssüf ki, müəyyən şəxslər öz səhvlərini görməməyə öyrəşiblər, qanun çərçivəsində tədbirlər görüldükdə isə bunu siyasiləşdirirlər”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR