Bank Of Baku

Arnold Şvartsenegger: “Çox istərdim ki, Kaliforniyadakı azərbaycanlılar siyasi və iqtisadi proseslərdə yaxından iştirak etsinlər”

Arnold Şvartsenegger: “Çox istərdim ki, Kaliforniyadakı azərbaycanlılar siyasi və iqtisadi proseslərdə yaxından iştirak etsinlər”
# 23 may 2007 12:37 (UTC +04:00)
Bu sözləri Kaliforniya Ticarət Palatasının Sakramento şəhərində keçirilən ənənəvi toplantısından sonra APA-nın ABŞ bürosuna açıqlama verən ştatın qubernatoru Arnold Şvartsenegger deyib. “28 may Respublika Günü münasibətilə 200 minlik Azərbaycan icmasına mesajınız nədir?” sualını cavablandıran A. Şvartsenegger Kaliforniya ştatında yaşayan azərbaycanlıları bayram münasibətilə səmimi qəlbdən təbrik etdiyini bildirib. Ticarət Palatasının ümumu iclasından sonra ştatda akkreditə olunmuş 30 ölkənin konsulu üçün ziyafət verilib. Ziyafətdə çıxış edən ABŞ Kommersiya Departamenti sədrinin müavini David Simpson yaxın günlərdə Azərbaycana səfərə gələcəyini deyib. O, Azərbaycanın gözəl biznes imkanlarına malik olduğunu söyləyib. Azərbaycanın Los-Ancelesdəki baş konsulu Elin Süleymanov da tədbirdə çıxış edərək Azərbaycan şirkətlərinin Kaliforniyaya sərmayə qoymasının vacibliyini vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR