Bank Of Baku

Siyavuş Novruzov: “Müsavat Partiyasının keçirdiyi mitinqlərin məzmunu və məqsədi yoxdur”

Siyavuş Novruzov: “Müsavat Partiyasının keçirdiyi mitinqlərin məzmunu və məqsədi yoxdur”
# 23 may 2007 12:45 (UTC +04:00)
“Müsavat Partiyasının son vaxtlar keçirdiyi mitinqlərin məzmunu və məqsədi yoxdur”. Bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib. Onun sözlərinə görə, indiki məqamda sosial problemlər adı altında aksiyalar keçirmək yersizdir. Azərbaycanda iqtisadi inkişaf getdiyini, sosial problemlərin həlli ilə bağlı addımlar atıldığını, təqaüd və maaşların artırıldığını bildirən millət vəkili hesab edir ki, müxalifətçilərin mitinqdə deyəcəkləri söz yoxdur: “5-6 nəfər qohum-əqrəbalarından başqa heç kim mitinqə gələn deyil. Heç onların qohumlarının yarısı da həmin mitinqlərə gəlmir. Ona görə belə mitinqlərin heç bir təsiri yoxdur. İndi mitinq əsri deyil, insanların ağlı, bacarığı nümayiş olunan bir dövrdür”.
Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı isə APA-ya açıqlamasında bildirib ki, mitinqlərdə minlərlə insan iştirak edir və onlar qohum-əqrəba olub-olmamalarından asılı olmayaraq, Azərbaycan vətəndaşlarıdır: “Onlar hakimiyyətin siyasətinə öz etirazlarını bildirirlər. Əgər hakimiyyət bizim kütləvi aksiyalardan narahat olmursa, şəhərin mərkəzi meydanlarında aksiyalar keçirməyə imkanlar yaratsın. Bu tipli fikirlər müxalifət əleyhinə təbliğat aparmaq üçündür”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR