Bank Of Baku

GAMOH üzvləri İran səfirliyi qarşısında aksiya keçiriblər

GAMOH üzvləri İran səfirliyi qarşısında aksiya keçiriblər
# 23 may 2007 14:22 (UTC +04:00)
İranın azərbaycanlılar yaşayan şəhərlərində 2006-cı ilin mayında baş verən hadisələrin ildönümü ilə bağlı mətbuat konfransı keçirilib. APA-nın məlumatına görə, Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) Bakı bürosunun mətbuat xidmətinin rəhbəri Ağrı Qaradağlı İran dövlətinin azərbaycanlılarla bağlı siyasətini tənqid edib. O bildirib ki, ötən gün 2006-cı il 22 may hadisələrini qeyd edən minlərlə azərbaycanlı İran hüquq-mühafizə orqanlarının təzyiqinə məruz qalıb. Təbrizdə 500, Mərənddə 20, Xoyda 30 nəfər İran güc strukturları tərəfindən həbs olunub. Mətbuat konfransından sonra İranın Azərbaycandakı səfirliyinin binası qarşısına gələn GAMOH üzvləri bu ölkənin insan haqları ilə bağlı siyasi xəttini pisləyiblər. Aksiyada “Fars şovinizminə ölüm”, “Türkin dili ölən deyil, fars dilinə dönən deyil”, “Güney Azərbaycan türklərinin haqları tanınsın” kimi şüarlar səsləndirilib. Bundan sonra GAMOH-un Bakı bürosunun mətbuat xidmətinin rəhbəri Ağrı Qaradağlı piketin qətnaməsini səfirliyin mühafizəsini təşkil edən polis əməkdaşlarına təqdim edib. Hadisə yerinə gələn Səbayel rayon Polis İdarəsinin əməkdaşları qətnaməni oxumağa imkan verməyiblər. Polis aksiyanı dağıdıb və piket iştirakçılarından 5 nəfəri saxlayaraq Səbayel rayon Polis İdarəsinin 9-cu bölməsinə aparılıb. Tutulanlar bir neçə saat polis bölməsində saxlanıldıqdan sonra sərbəst buraxılıblar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR