Bank Of Baku

Müsavat Partiyası Bakı şəhər İcra Hakimiyyətindən cavab gözləyir

Müsavat Partiyası Bakı şəhər İcra Hakimiyyətindən cavab gözləyir
# 23 may 2007 13:30 (UTC +04:00)
Müsavat Partiyası mayın 27-nə təyin etdiyi yürüş-mitinqlə bağlı sabah Bakı şəhər İcra Hakimiyyətindən cavab gözləyir. Bu barədə APA-ya partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı məlumat verib. Onun sözlərinə görə, kütləvi aksiyada irəli sürüləcək tələblərdə sosial problemlər yenə ön plana çıxarılacaq. Digər partiyaların bu mitinqə qoşulub-qoşulmayacağına gəldikdə, A. Hacılı bildirib ki, bu günə qədər heç bir partiya mitinqə qatılacağını bəyan etməyib: “Buna baxmayaraq, biz mətbuat vasitəsilə siyasi qüvvələrə, ictimai təşkilatlara aksiyada iştirakla bağlı müraciət etmişik. Hətta aksiyanın təşkilində iştirak etmək üçün onlara şərait yaradılacağı bildirilib”. A. Hacılı hər hansı partiya ilə xüsusi danışıqların aparılmadığını da qeyd edib. APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR