Bank Of Baku

İyunun 25-də QDİƏT-in sammitindən əvvəl xarici işlər nazirlərinin görüşü olacaq

İyunun 25-də QDİƏT-in sammitindən əvvəl xarici işlər nazirlərinin görüşü olacaq
# 24 may 2007 10:31 (UTC +04:00)
İyunun 25-də İstanbulda keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) sammitindən əvvəl xarici işlər nazirlərinin görüşü olacaq. QDİƏT-in baş katibinin müavini Andrey Urnovun APA-ya verdiyi məlumata görə, XİN rəhbərlərinin yığıncağı yerli vaxtla saat 09.30-dan 12.30-a qədər davam edəcək. Yığıncağa Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da qatılacaq. Saat 15-də isə prezidentlərin və baş nazirlərin iştirakı ilə sammit başlayacaq. Azərbaycan prezidenti İlham Əliyevin də qatılacağı zirvə toplantısında təşkilatın 15 illik fəaliyyəti müzakirə olunacaq. Toplantının yekunları əsasında Deklarasiya imzalanacaq.
Qeyd edək ki, sammit QDİƏT-in yaranmasının 15 illiyinə həsr edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR