Bank Of Baku

Müsavat Partiyasının üzvü Mehdi Mehdiyev məhkəmə zalından azadlığa buraxılıb

Müsavat Partiyasının üzvü Mehdi Mehdiyev məhkəmə zalından azadlığa buraxılıb
# 24 may 2007 11:13 (UTC +04:00)
Məhkəmədən APA-ya verilən məlumata görə, hakim Mübariz Zeynalovun sədrliyi ilə keçirilən məhkəmənin qərarı ilə ilk məhkəmə instansiyasının hökmü dəyişdirilib və M. Mehdiyev 2 il müddətində azadlıqdan məhrum edilib. Məhkəmə Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsini tətbiq edərək, M. Mehdiyevin üzərində qəti olaraq 2 il şərti cəza saxlayıb və o, məhkəmə alından azadlığa buraxılıb.
Qeyd edək ki, 3 il axtarışda olan M. Mehdiyev ötən il sentyabrın 12-də könüllü şəkildə hüquq-mühafizə orqanlarına təslim olub. Bu ilin fevralında Səbayel Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 315 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 221-ci (xuliqanlıq) maddələri ilə ittiham olunan M. Mehdiyev 4 il müddətində azadlıqdan məhrum edilib. Eyni ittihamlarla barəsində axtarış elan edilən və 2003-cü ilin oktyabrından ölkəni tərk edib Almaniyadan siyasi sığınacaq alan M. Mehdiyev 2006-cı ildə iki dəfə - birinci dəfə Yunanıstanda, ikincisində İsveçrədə İnterpol xətti ilə həbs olunub, amma hər iki halda azadlığa buraxılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR