Bank Of Baku

GUAM-ın sammitində Bakı Deklarasiyası ilə yanaşı, bir neçə digər sənəd də imzalanacaq

GUAM-ın sammitində Bakı Deklarasiyası ilə yanaşı, bir neçə digər sənəd də imzalanacaq
# 24 may 2007 12:28 (UTC +04:00)
İyunun 18-19-da Bakıda keçiriləcək Demokratiya və İqtisadi İnkişaf Uğrunda Beynəlxalq Təşkilat GUAM-ın II sammitində imzalanacaq əsas sənəd Bakı Deklarasiyası olacaq. APA-nın məlumatına görə, bu barədə xarici işlər nazirinin müavini, GUAM-da Azərbaycanın milli koordinatoru Araz Əzimov bildirib. O, həmçinin, deyib ki, imzalanacaq sənədlər arasında ən vacibi nəqliyyat sahəsinə aiddir və multimodal daşımalarla bağlıdır. Bundan başqa, Sammitdə nüvə və radioaktiv təhlükəsizliyin təmin olunması üçün tərəflər arasında əməkdaşlığı tənzimləyən memorandum da imzalanacaq. Bir neçə digər protokolun da imzalanacağını deyən nazir müavini hazırda proqramların dəqiqləşdirildiyini söyləyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR