Bank Of Baku

Müsavat Partiyası mayın 27-nə təyin etdiyi aksiyanı təxirə salıb

Müsavat Partiyası mayın 27-nə təyin etdiyi aksiyanı təxirə salıb
# 24 may 2007 12:36 (UTC +04:00)
Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının mayın 27-də yürüş-mitinq keçirməklə bağlı məktubuna cavab verib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, BŞİH Müsavata mayın 27-də yox, 26-da aksiya keçirməyə icazə verib. Şəhər İcra Hakimiyyəti bunu “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun tələbi ilə izah edib. Müsavat Partiyası isə BŞİH-nin bu addımını qeyri-qanuni sayır və bununla bağlı bəyanat yayıb. Bəyanda bildirilir ki, qanuna müvafiq olaraq mitinqin keçirilməsinin yeri və vaxtını təşkilatçılar təyin etməlidir: “Qanun mitinqin vaxtının dəyişdirilməsinə müstəsna hallarda yol verir. İndiki şəraitdə isə qanunda göstərilən halların heç biri mövcud deyil”. Bəyanat müəllifləri hesab edir ki, təşkilatçılarla müzakirə etmədən mitinqin vaxtının dəyişdirilməsi, əslində, tədbirin keçirilməsinin qarşısını almaq məqsədi daşıyır: “Müsavat Partiyası Bakı İcra Hakimiyyətinin bu addımını əhalinin sərbəst toplaşmaq azadlığının kobud şəkildə pozulması kimi qiymətləndirir”.
Qeyd edək ki, BŞİH-nin cavabı partiya rəhbərliyində müzakirə olunub və aksiyanın təxirə salınması haqqında qərar verilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR