Bank Of Baku

Demokratiya Uğrunda İttifaqın təşəbbüsü ilə Qarabağ Forumu keçirilib

Demokratiya Uğrunda İttifaqın təşəbbüsü ilə Qarabağ Forumu keçirilib
# 24 may 2007 12:44 (UTC +04:00)
Bu gün Demokratiya Uğrunda İttifaqın (DUİ) təşəbbüsü ilə Qarabağ Forumu keçirilib. APA-nın məlumatına görə, tədbiri açıq elan edən Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu Qarabağ probleminin həllinin dalana dirəndiyini deyib. Azadlıq Partiyasının sədri Əhməd Oruc münaqişənin həlli ilə bağlı DUİ-nin təkliflərini açıqlayıb. DUİ danışıqların hansı prinsiplərlə aparılmasının açıqlanmasını, Ermənistandan Rusiya qoşunlarının çıxarılması məsələsinin qaldırılmasını, Azərbaycan rəhbərliyinin müddətli həll proqramını qəbul etməsini, Qarabağda ərazi institutlarının yaradılması, ABŞ, Rusiya, Fransa və İranın Ermənistana dəstəyinin dayandırılması üçün geniş kampaniyaya başlanmasını təklif edir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR