Bank Of Baku

BAB Əbülfəz Elçibəyin doğum günü ilə bağlı müsabiqə elan edib

BAB Əbülfəz Elçibəyin doğum günü ilə bağlı müsabiqə elan edib
# 24 may 2007 13:48 (UTC +04:00)
Bütöv Azərbaycan Birliyinin (BAB) təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycanın eks-prezidenti, AXCP sədri Əbülfəz Elçibəyin doğum günü - 24 iyun Türklük bayramı ilə əlaqədar Əbülfəz Elçibəyə həsr olunan əsərlərin ənənəvi müsabiqəsi elan olunub. Bu barədə APA-ya BAB-dan bildirilib. Yarışmaya əsərlər, kitablar, bədii yazılar (ssenari, hekayə, povest, roman və. s.) publisistik yazılar (qəzet, jurnal), şeirlər, elektron proqramlar, mahnılar, rəsm əsərləri və s. təqdim oluna bilər. Qeyd olunur ki, milliyyət, dil, din, yaş fərqi qoyulmadan dünyada yaşayan bütün insanlar müsabiqəyə qatıla bilərlər. Yarışmada Elçibəyin həyatının və siyasi fəaliyyətinin təhlilinə həsr edilmiş əsərlərə üstünlük veriləcək və qalib gələn 3 əsər fəxri diplomla mükafatlandırılacaq. Müsabiqə 2007-ci il Respublika Günü - 28 maydan başlayacaq, 25 iyunda başa çatacaq. İyulun 4-də qaliblərə fəxri diplomlar təqdimatı olacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR