Bank Of Baku

Avropa Şurasının İrqçilik və qeyri-tolerantlığa qarşı Avropa Komissiyası Azərbaycanla bağlı növbəti hesabatını açıqlayıb

Avropa Şurasının İrqçilik və qeyri-tolerantlığa qarşı Avropa Komissiyası Azərbaycanla bağlı növbəti hesabatını açıqlayıb
# 24 may 2007 14:04 (UTC +04:00)
Bu barədə APA-ya komissiyanın sədri, hesabatın müəllifi Yeva Smit Asmussenin mətbuat xidmətindən məlumat verilib. Hesabatda qeyd olunur ki, Azərbaycana dair ilk belə hesabat 2003-cü ildə dərc olunub və o müddətdən bəri ölkədə bu sahədə müəyyən irəliləyişlər əldə olunub. “Əsasən təhsil sahəsində, qeyri-Azərbaycan vətəndaşlarının dövlət məktəblərində təhsil almağa şərait yaradılmasında, insan hüquqlarına dair fənlərin tədrisində, həmçinin milli azlıqlara öz ana dillərində təhsil almağa şərait yaradılmasında və qaçqınların şəraitinin yaxşılaşdırılmasında irəliləyişlər var. Bununla belə komissiyanın bəzi tövsiyələri ya yerinə yetirilməyib, yaxud da qismən yerinə yetirilib. Azərbaycanda hələ də irqçilik faktları mövcuddur, bəzi mətbuat orqanlarında dini dözümsüzlük mahiyyəti kəsb edən məqalələr dərc olunur, siyasətçilər ermənilərin, Çeçenistandan olan qaçqınların və dini azlıqların nümayəndələrinin əleyhinə fikirlər səsləndirirlər. Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması ölkədə antierməni əhval-ruhiyyəsini gücləndirir”. Komissiya hesabatda Azərbaycan tərəfinə bəzi tövsiyələr də verib. Bu tövsiyələr hakimlər üçün treninqlərin təşkil olunması, irqçilik və diskriminasiyaya qarşı mübarizəyə dair xüsusi qurumun təsis olunması və Azərbaycan vətəndaşı olmayan şəxslərin üzləşdiyi problemlərin həlli üçün tədbirlər görülməsindən ibarətdir. Hesabatla münasibət bildirən Xarici İşlər Nazirliyinin Mətbuat Mərkəzinin rəhbəri Xəzər İbrahim APA-ya deyib ki, Avropa Şurası çox möhtərəm qurum kimi məsələlərə obyektiv yanaşmalıdır. “Azərbaycanda dinlər, etnik qruplar və millətlər arasında heç bir problem qeydə alınmayıb. Azərbaycanda dözümlülük və anlaşma mədəniyyəti böyük köklərə malikdir. Yeganə problem məhz Ermənistanla bağlıdır və bu münasibət də Azərbaycanın deyil, Ermənistanın ücbatından ortaya çıxıb. Həmin dövlətin siyasəti nəticəsində Azərbaycan torpaqları işğal olunub, çox böyük sayda əhali öz doğma yuvalarından didərgin düşüblər. Əfsuslar olsun, Avropa Şurası kimi möhtərəm bir qurum bu cür faktlara diqqət yetirmir, yəni, Azərbaycanla qonşu ölkədə bu kimi dözümsüzlük, hətta dözümsüzlüyün ən yüksək həddi olan etnik təmizləmə siyasətini nəzərə almır, Azərbaycan haqqında xəyallarla dolu və təxəyyüllərə əsaslanan məlumatlar verir. Güya ki Azərbaycan əhalisində irqçilik və dözümlülüklə bağlı məlumat qıtlığı qıtlığı var. Bu, absurd bir fikirdir. Hətta bir çox digər ölkələrlə müqayisədə Azərbaycanda buna ehtiyac yoxdur, bu, artıq Azərbaycanın mədəniyyətinin, tarixinin bir hissəsidir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR