Bank Of Baku

Bakı-Ceyhan boru kəmərinə qarşı hazırlanan terrorun qarşısı alınıb

Bakı-Ceyhan boru kəmərinə qarşı hazırlanan terrorun qarşısı alınıb
# 24 may 2007 14:23 (UTC +04:00)
APA-nın Türkiyə bürosunun xəbərinə görə, çantasında 11 kilo 300 qram A-4 partlayıcı maddəsi, 2 əl qumbarası və partlayış törətmək üçün müxtəlif ləvazimatlar tapılan qadın ilkin ifadəsində “Öcalanı zəhərlədiniz, ona görə sizi öldürəcəkdim” deyib. Amma istintaq onun əsl hədəfinin Bakı-Tiflis-Ceyhan boru kəməri və ya “Botaş” enerji şirkəti ola biləcəyindən şübhələnir. Belə ki, terrorçu taksi ilə Ceyhana gedərkən yolda yaxalanıb. Taksi sürücüsü polisə ifadəsində aşağıdakıları söyləyib: “Əlində çantalarla maşına mindi. Bel çantasını qucağına alıb “məni Ceyhana apar” dedi. Ceyhanda konkret hara getməli olduğumuzu isə söyləmədi”. Polisdəki mənbə Ceyhanda terrorçuların hədəfi ola biləcək cəmi iki yer olduğunu bildirib: Bakı-Ceyhan boru xətti və “Botaş” şirkəti. Onun sözlərinə görə, Ceyhanda strateji önəmi olan başqa yer olmadığı üçün terrorçular böyük ehtimalla buralara hücum planlaşdırıblar: “Polislərin təqdirəlayiq fəaliyyəti nəticəsində canlı bomba yaxalanaraq böyük bir terror aksiyasının qarşısı alındı”. Qeyd edək ki, qadını Türkiyənin cənub-şərqindəki Urfa rayonundan Adanaya gətirən, onu partlayıcı maddələr və terror törətmək üçün müxtəlif ləvazimatlarla təchiz edən Adəm Barık adlı şəxs də Urfada yaxalanaraq Adanaya aparılıb. Qadın terrorçu-kamikadzenin çantasında tapılan A-4 partlayıcı maddəsindən mayın 22-də Ankarada törədilən və 6 nəfərin ölümü ilə nəticələnən terror aksiyasında da istifadə edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR