Bank Of Baku

Sərdar Cəlaloğlu: “Azadlıq” blokunun yeni alyansa qoşulmamaqla bağlı qərarı ümidlərimi puç etdi”

Sərdar Cəlaloğlu: “Azadlıq” blokunun yeni alyansa qoşulmamaqla bağlı qərarı ümidlərimi puç etdi”
# 24 may 2007 15:24 (UTC +04:00)
“Müxalifətin yeni alyansı dağınıq və pərakəndə halda olan siyasi partiyaları birləşdirərək, prezident seçkisinə yönəldəcək. Dünənə qədər kəskin münasibətdə olan təşkilatların bu qurumda normal münasibətdə olacaqlarına da inanıram. Baxmayaraq ki, “Azadlıq” blokunun yeni alyansa qoşulmamaqla bağlı son qərarı ümidlərimi puç etdi”. Azərbaycan Demokrat Partiyasının (ADP) Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Sərdar Cəlaloğlu APA-ya açıqlamasında bildirib ki, qurumda təmsilçilik məsələsinə heç bir məhdudiyyət və şərtlər qoyulmayacaq. O, yeni alyansın təsis olunması ilə bağlı müzakirələrin sona qədər davam etdiriləcəyini də deyib: “Azərbaycanda dövr dəyişilib. Dünən bir-biri ilə münaqişə vəziyyətində olan siyasi təşkilatların indi bir yerdə olması zəruri hal alıb. Bu səbəbdən də sol, sağ və ya mərkəzçi qüvvələrin hər biri bu quruma dəvət edilib. Artıq bu qurumlar da partiyalararası inteqrasiya dövrü olduğunu anlayırlar”. S. Cəlaloğlu gələn həftə məsləhətləşmələrin davam etdiriləcəyini və sonda yeni alyansın yaradılması ilə bağlı sazişin imzalanacağını da qeyd edib. Müsavat Partiyasının başqanı İsa Qəmbər APA-ya açıqlamasında qurumun yaradılması istiqamətində atılan addımları normal qiymətləndirib: “Hazırda müxtəlif siyasi qüvvələr arasında məsləhətləşmələr aparılır. Ümumiyyətlə isə prosesə indidən şərh verməyə ehtiyac duymuram”. Azərbaycan Sosial-Demokrat Partiyasının (ASDP) həmsədri Araz Əlizadə isə APA-ya qurumda təmsil olunacaqlarını istisna etmədiyini bildirib: “Qurumun funksiyası məşvərət xarakterlidir. Yəqin ki, ASDP burada təmsil olunacaq. Ayaz Mütəllibov da məsələyə normal yanaşır”. Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu APA-ya açıqlamasında müxalifətin birliyi istiqamətində atılan bütün addımları müsbət dəyərləndirsə də, alyansın yaradılması ilə bağlı aparılan məsləhətləşmələrə dəvət edilmədiyini deyib: “Müxalifətdə belə qurumlar müxtəlif dövrlərdə yaradılıb. Fikrimcə, qurum təsis olunduqdan sonra təşkilatın əhəmiyyəti haqda danışmaq olar”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR