Bank Of Baku

Ermənilərin Azərbaycanda törətdikləri kütləvi qırğınların araşdırılması məqsədilə dövlət komissiyası yaradılacaq

Ermənilərin Azərbaycanda törətdikləri kütləvi qırğınların araşdırılması məqsədilə dövlət komissiyası yaradılacaq
# 25 may 2007 09:13 (UTC +04:00)
Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov deyib. O bildirib ki, Stepan Şaumyanın başçılıq etdiyi daşnak-bolşevik dəstələrinin Azərbaycanın müxtəlif regionlarında törətdiyi qırğınların baş verdiyi yerlər məlumdur: “Şaumyanın göstərişi ilə daşnak-bolşevik quldur dəstələri Azərbaycanın bütün rayonlarında kütləvi qırğınlar törədib. Bu qırğınlardan biri də Lənkəran istiqamətində olub. Ermənilər Kürün vadisinə girərək hər iki tərəfdə camaatı qırıblar. Qaçan insanlar Girovqalada gizlənib. Onları da mühasirəyə alıb amansızlıqla qətlə yetiriblər”. Bütün bu hadisələrin 1918-ci ilin mart-aprel aylarında baş verdiyini tarixin təsbit etdiyini vurğulayan Y. Mahmudov tapılan məzarlıqların hərtərəfli öyrənilməsinin tərəfdarıdır: “Bu məsələdə tələsmək olmaz, amma bu işi çox gecikdirmək də düzgün deyil. Çünki tarix bütün bu faktları sübut edir, sənədlər, Azərbaycan Xalq Cümhuriyyətinin protokolları var”. Millət vəkilinin fikrincə, ilkin olaraq tibbi ekspertiza yolu ilə tapılan insan sümüklərinin cinsi, yaşı müəyyənləşdirilməlidir: “Quba və Neftçalada tapılan məzarlıqlar təsadüf nəticəsində meydana çıxıb. Amma yaxın zamanlarda yaranacaq dövlət komissiyasının xətti ilə tarixə məlum olan qırğınların törədildiyi bütün ərazilərdə qazıntı işləri aparılmalı, torpağın altında qalan bütün toplu məzarlıqlar üzə çıxarılmalıdır”. Y. Mahmudov tapılan cəsədlərin müsəlman qaydalarına uyğun dəfn olunması fikrinə də münasibətini açıqlayıb. Onun sözlərinə görə, tapılan qalıqlar mühafizə edilməli və açıq səma altında muzey yaradılmalıdır: “Qoy Azərbaycana gələn hər bir turist ermənilərin bu vəhşiliyini görsün. Tapılan cəsədləri dəfn eləmək tarixi dəfn eləməkdir”. Tarix İnstitutunun direktoru gələn həftə tarixçi, arxeoloq və etnoqraflardan ibarət böyük bir elmi heyətin Qubaya səfər edəcəyini, ərazidən qayıdan kimi alimlərin yekun rəyinin bir daha açıqlanacağını bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR