Bank Of Baku

Maynz şəhər bələdiyyəsinin başçısı Yens Boytelin Azərbaycana səfəri başlanıb

Maynz şəhər bələdiyyəsinin başçısı Yens Boytelin Azərbaycana səfəri başlanıb
# 25 may 2007 10:41 (UTC +04:00)
Almaniyanın Maynz şəhər bələdiyyəsinin başçısı Yens Boytelin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri başlanıb. APA-nın xəbərinə görə, bu gün səhər Şəhidlər Xiyabanını ziyarət edən qonaqları daha sonra Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov qəbul edib. Görüşdə bildirilib ki, Maynzla Bakı və Azərbaycanın digər regionları, şəhərləri arasında əlaqələrin genişlənməsi, ünsiyyətin inkişaf etdirilməsi nəzərdə tutulur. N. İbrahimov ümid etdiyini bildirib ki, yaxın gələcəkdə Maynz Azərbaycan diasporunun tez-tez toplaşdığı mərkəzlərdən biri olacaq. Bələdiyyə başçısı buna müsbət cavab verib və “sizi Maynza dəvət edirəm” deyib. Y. Boytel avqust ayında Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun onun qonağı olacağını qeyd edərək, şahmatçımıza böyük hörməti olduğunu deyib.
Maynzın Bakı ilə qardaşlaşmış şəhər olduğunu bildirən bələdiyyə başçısı deyib ki, rəhbəri olduğu şəhər bütövlükdə dünyanın 7 şəhəri ilə qardaşlaşıb. O, jurnalistlərə açıqlamasında bildirib ki, qardaş şəhərlər arasında münasibətləri daha yüksək səviyyəyə qaldırmaq niyyətindir. Bələdiyyə başçısı mədəni münasibətlərlə yanaşı iqtisadi münasibətlərin qurulmasının tərəfdarı olduğunu bəyan edib. Bir qədər əvvəl Azərbaycanın 12 rayonunun icra başçısının Maynzda səfərdə olduğunu xatırladan almaniyalı qonaq deyib ki, onlar Maynz təcrübəsindən istifadə edəcəklər.
Nümayəndə heyəti regionların sosial-iqtisadi inkişafı ilə tanış olmaq üçün Qəbələ, Şəki, Gəncə Şəmkir və Yevlaxda olacaqlar. Qonaqların bir sıra dövlət qurumlarında Ticarət Sənaye Palatasında, yəhudi məbədində, pravoslav kilsəsində, Sənaye və Energetika Nazirliyində, Mədəniyyət və Turizm Nazirliyində görüşləri nəzərdə tutulub. Onlar eyni zamanda İçəri Şəhərin memarlıq abidələri və Qobustan tarixi-bədii qoruğunda olacaqlar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR