Bank Of Baku

AMİP-in İran səfirliyi qarşısında keçirmək istədiyi piketin qarşısı alınıb

AMİP-in İran səfirliyi qarşısında keçirmək istədiyi piketin qarşısı alınıb
# 25 may 2007 15:07 (UTC +04:00)
AMİP fəallarının bu gün saat 13-də İran İslam Respublikasının səfirliyi qarşısında keçirmək istədikləri etiraz aksiyası baş tutmayıb. Partiyanın mətbuat məsələləri üzrə katibi Əli Oruclunun APA-ya verdiyi məlumata görə, piketin başlanmasına 20 dəqiqə qalmış Səbayel rayon Polis İdarəsinin əməkdaşları aksiyada iştirak etmək istəyənləri ərazidən uzaqlaşdırıblar. 10 piket iştirakçısı isə saxlanılaraq Səbayel rayon Polis İdarəsinin 9-cu polis bölməsinə aparılıb. Həmin şəxslər 4 saat bölmədə saxlanıldıqdan sonra xəbərdarlıq edilərək sərbəst buraxılıblar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR