Bank Of Baku

Ruslan Bəşirli ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə göndəriləcək iddia ərizəsi artıq hazırdır

Ruslan Bəşirli ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə göndəriləcək iddia ərizəsi artıq hazırdır
# 01 iyun 2007 11:51 (UTC +04:00)
“Yeni Fikir” Gənclər Hərəkatının sədri Ruslan Bəşirli ilə bağlı Ali Məhkəmənin qərarı alınıb və artıq Avropa İnsan Haqları Məhkəməsinə iddia ərizəsi hazırlanıb. Bu barədə APA-ya məlumat verən R. Bəşirlinin vəkili Osman Kazımovun sözlərinə görə, hazırda iddia ərizəsi ingilis dilinə tərcümə olunur və gələn həftə məhkəməyə göndəriləcək. Vəkilin bildirdiyinə görə, iddia ərizəsində R. Bəşirli ilə bağlı Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin qərarının ləğv olunması, ona bəraət verilməsi və 150 min avro kompensasiyanın ödənilməsi istənilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR