Bank Of Baku

Zəminə Dünyamalıyeva: “Akif Şahbazov qarşıya qoyulan məqsədlərə nail olmasa, ona qarşı birinci çıxış edən mən olacağam”

Zəminə Dünyamalıyeva: “Akif Şahbazov qarşıya qoyulan məqsədlərə nail olmasa, ona qarşı birinci çıxış edən mən olacağam”
# 01 iyun 2007 11:57 (UTC +04:00)
“Akif Şahbazov partiya sədri kimi qarşıya qoyulan məqsədlərə nail olmasa, ona qarşı birinci çıxış edən mən olacağam. Partiyada hər hansı pozuntulara göz yummayacağam”. Bunu APA-ya açıqlamasında Açıq Cəmiyyət Partiyasının (ACP) sədr müavini Zəminə Dünyamalıyeva deyib. Partiyada sağlam tənqidin olmasını zəruri sayan Z. Dünyamalıyeva hesab edir ki, bu, partiyanın inkişafına kömək edir. ADP-də olarkən Akif Şahbazovla aralarındakı problemə gəldikdə, Z. Dünyamalıyeva bunun şəxsi münasibətlərlə bağlı olmadığını bildirib: “Siyasətlə fərdi münasibətləri qarışdırmaq lazım deyil. Hansısa siyasi addım məni qane etmirsə, bunu gizlətməyəcəyəm və açıq şəkildə bildirəcəyəm”. A. Şahbazovun partiya sədri kimi fəaliyyət göstərdiyi müddətdə onun fəaliyyətindən narazı qalmadığını söyləyən Z. Dünyamalıyeva Milli Forumun keçirilməsini də partiyanın uğuru sayır: “Amma bu, bir nəfərin adı ilə bağlı deyil, forumun keçirilməsində hər kəsin rolu var. Sədr yaxşı işləmək üçün partiyada yaxşı mühit yaratmalıdır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR