Bank Of Baku

Polşanın daxili işlər və administrasiya naziri Yanuş Kaçmarek Ramil Usubovla görüşüb

Polşanın daxili işlər və administrasiya naziri Yanuş Kaçmarek Ramil Usubovla görüşüb
# 01 iyun 2007 12:20 (UTC +04:00)
APA-nın məlumatına görə, Ramil Usubov Azərbaycanın mütəşəkkil cinayətkarlıq, terrrorizm və narkotiklərlə apardığı mübarizə barədə qonağa ətraflı məlumat verib. Nazir bildirib ki, bu sahədə əməkdaşlığın inkişafı mübarizənin effektini daha da artırar. Azərbaycanın müstəqilliyini yeni əldə etdiyini deyən nazir Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsindən danışıb. R. Usubov bildirib ki, Ermənistan Dağlıq Qarabağ və ətraf rayonları işğal etməklə Azərbaycanın ərazi bütövlüyünə təcavüz edib.
Y. Kaçmarek bildirib ki, Azərbaycan və Polşa hökumətlərarası mütəşəkkil cinayətkarlıq və terrorizmlə mübarizə sahəsində müqavilə hazırlanır. Bu müqavilə imzalandıqdan sonra iki ölkənin daxili işlər nazirlikləri arasında əməkdaşlıq sazişləri imzalana bilər. /APA/





1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR