Bank Of Baku

“Azadlıq” bloku jurnalistlərin yürüş-mitinqində iştirak edəcək

“Azadlıq” bloku jurnalistlərin yürüş-mitinqində iştirak edəcək
# 01 iyun 2007 12:32 (UTC +04:00)
““Azadlıq” bloku şəhərin kənarında keçirilən kütləvi aksiyalara qatılmamaq qərarı versə də, jurnalistlərin iyunun 12-də Nizami rayonu ərazisindəki yürüş-mitinqində iştirak edəcək”. Bunu APA-ya açıqlamasında “Azadlıq” blokunun həmsədri Əli Əliyev deyib. Onun sözlərinə görə, blok rəhbərlərinin apardığı müzakirələrdən sonra mətbuata dəstək məqsədilə aksiyaya qatılmaq barədə qərar qəbul olunub: “Bu aksiya Redaktorlar Birliyi tərəfindən təyin edilib. Ona görə də aksiyada iştirak etməyimiz Bakı şəhər İcra Hakimiyyətinin mövqeyi ilə razılaşmaq demək deyil. Biz əvvəlki tələbimizdə qalırıq ki, aksiyalar üçün şəhərin mərkəzində də yer ayrılmalıdır”. Ə. Əliyev jurnalistlərin yürüş-mitinqi ilə bağlı Təşkilat Komitəsi yaradıldığını, komitədə “Azadlıq” blokunun təmsilçilərinin də olduğunu qeyd edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR