Bank Of Baku

Valeri Çeçelaşvili bu gündən GUAM-ın baş katibi kimi səlahiyyətlərinin icrasına başlayıb

Valeri Çeçelaşvili bu gündən GUAM-ın baş katibi kimi səlahiyyətlərinin icrasına başlayıb
# 01 iyun 2007 12:47 (UTC +04:00)
Bu gündən Valeri Çeçelaşvili GUAM baş katibi kimi səlahiyyətlərinin icrasına başlayıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bununla əlaqədar o bu ölkənin xarici işlər nazirinin 1-ci müavini vəzifəsindən azad edilib. Baş nazir Zurab Noqaidelinin əmri ilə Gürcüstan xarici işlər nazirinin 1-ci müavini vəzifəsinə Nikoloz Vaşakidze təyin olunub. Buna qədər o, xarici işlər nazirinin müavini vəzifəsində çalışıb.
Qeyd edək ki, V. Çeçelaşvili Demokratiya və İqtisadi İnkişaf Uğrunda təşkilat GUAM-ın baş katibi postuna quruma daxil olan ölkələrin xarici işlər nazirləri Şurasının 25 sentyabr 2006-cı il tarixli qərarı ilə təyin edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR