Bank Of Baku

Bakıda GUAM Milli Koordinatorlar Şurasının yığıncağı keçiriləcək

Bakıda GUAM Milli Koordinatorlar Şurasının yığıncağı keçiriləcək
# 01 iyun 2007 13:48 (UTC +04:00)
İyunun 16-17-də Bakıda GUAM Milli Koordinatorlar Şurasının yığıncağı keçiriləcək. Xarici İşlər Nazirliyinin Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, yığıncaqda qurumun Bakı sammitinə hazırlıq məsələləri müzakirə ediləcək. İyunun 18-də, zirvə toplantısından bir qədər əvvəl isə xarici işlər nazirləri bir araya gələrək hazırlanan sənədlər və GUAM-ın perspektivləri ətrafında fikir mübadiləsi aparacaqlar.
Qeyd edək ki, GUAM-ın sammiti 18-19 iyun tarixlərində keçiriləcək. Toplantıda təşkilatın 2007-2008-ci illər üçün fəaliyyət planı və Bakı deklarasiyası qəbul olunacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR