Bank Of Baku

ADP sonuncu qurultayının sənədlərini Ədliyyə Nazirliyinə təqdim edəcək

ADP sonuncu qurultayının sənədlərini Ədliyyə Nazirliyinə təqdim edəcək
# 01 iyun 2007 14:22 (UTC +04:00)
Azərbaycan Demokrat Partiyası (ADP) sonuncu qurultayının sənədlərini gələn həftə Ədliyyə Nazirliyinə təqdim edəcək. Bu barədə APA-ya partiyanın mətbuat xidmətindən verilib. Qurultayın sənədlərində partiyanın Nizamnaməsinə bir sıra dəyişikliklərin edildiyi bildirilib. Dəyişikliklər əsasən partiyanın strukturları ilə bağlıdır. Belə ki, dəyişikliyə görə, bundan sonra ADP-nin qurultayları 2 ildən yox, 5 ildən bir keçiriləcək. Nizamnamə dəyişikliyində partiya sədrinin səlahiyyətləri azaldılıb, onun yalnız İdarə Heyətinə rəhbərlik etməsi nəzərdə tutulub. Bundan sonra icra aparatına partiya sədrinin birinci müavini rəhbərlik edəcək. Nizamnaməyə edilmiş dəyişikliklə partiyanın icra orqanları ilə qərarverici orqanları arasında konkret səlahiyyət bölgüsünün aparılması nəzərdə tutulub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR